28 Noyabr 2022 17:30
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Görüş zamanı, Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.

Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər