Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Advanced Foreign Policy” proqramı çərçivəsində Azərbaycanın sülh gündəliyi ilə bağlı çıxış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə H.Hacıyev tviter səhifəsində yazıb.
“Advanced Foreign Policy” proqramı çərçivəsində ADA Universitetində 17 ölkədən 28 diplomat, ekspert və elmi işçidən ibarət qrupun qarşısında Azərbaycanın xarici siyasəti, təhlükəsizlik və sülh gündəliyi ilə bağlı çıxış etməkdən və sertifikatlar təqdim etməkdən məmnun oldum”.
Pleased to address distinguished group of 28 diplomats, experts and academicians from 17 countries at @ADAUniversity on foreign and security policy and peace agenda of Azerbaijan under the Advanced Foreign Policy Program and present certificates. pic.twitter.com/OtGfDGEuNx
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 2, 2022