Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.
“Report”un xəbərinə görə, diplomat tviterdə yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.
“Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva vurğulayıb.
La diffusion par @France24_fr de l’interview du soi-disant représentant de l’entité illégale, NON reconnue par
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) December 8, 2022
- encourage la promotion du séparatisme
- porte atteinte à la souveraineté & à l’intégrité territoriale de
- nuit aux efforts de paix en exacerbant les tensions.