9 Dekabr 2022 21:57
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Karen Donfrid Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğu vurğulanıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi, eyni zamanda, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələlərinə toxunublar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Karen Donfridlə telefon danışığı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər