"Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, sərvətlərimizdən istifadə edib və ətraf mühitə ziyan vurub".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib.
O, diplomatik nümayəndəliklərin rəhbərlərini Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı məlumatlandırıb.