17 Dekabr 2022 01:11
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyimiz var”.

Teleqraf.com xəbər verir ki, bunu Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Report”a bildirib.

Nazir bildirib ki, Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür və bu illər ərzində çoxşaxəli münasibətlər formalaşıb:

“Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Biz bu əlaqələrlə fəxr edirik. Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini BMT-nin baş qərargahında Pakistanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən təşkil olunan Pişəvər terror hücumu qurbanlarının xatirəsini anma tədbirində iştirak etdi. Yanımızda olduğu üçün ona minnətdarlığımı ifadə etmək istərdim. Azərbaycan və Pakistan xalqları, eyni zamanda hökumətlər həmrəydir”.

Zərdari son günlərdə dünyanın müxtəlif yerlərində yaşayan pakistanlı fəalların Azərbaycanın haqlı mübarizəsində açıq dəstəyini nümayiş etdirdiyindən xəbərdar olduğunu qeyd edib.

"Azərbaycan xalqı və hökumətinə həmrəyliyi ifadə etmişik və bunu davam etdirəcəyik. Bütün hallarda Pakistan həmişə Azərbaycanın yanındadır”, - nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər