20 Dekabr 2022 16:14
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa-Xankəndi yolunda aksiya bir həftədən artıqdır davam edir. Etirazların ilk günlərində Laçın yoluna müvəqqəti nəzarət edən rus sülhməramlıları aksiyaçılarla üz-üzə dayanmışdılar. Amma ötən gündən onlar öz mövqelərindən, yəni əvvəki yerlərindən bir xeyli geri çəkiliblər. Görünür, burada müəyyən təxribatlar üçün çirkin planlar var. Həmçinin azərbaycanlı aktivistlərin bir qədər də irəliyə gedib orada erməni milliyyətindən olan şəxslərlə toqquşması üçün də belə bir “plan” düşündüklərini ehtimal etmək olar.

Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, rus sülhməramlılarının niyyəti odur ki, iki toplumun təmsilçiləri arasında hansısa bir qarşıdurma baş versin və beləliklə onlar yenidən dövriyyəyə qayıtsın: “Çalışdıqları mümkün qədər təxtibatın baş verməsidir. Çünki aksiyanın 9-cu günündə heç bir danışıq aparmadan birdən-birə rus sülhməramlıları yolu boşaltdılar. Beləliklə aksiya iştirakçılarının daha da içərilərə doğru hərəkəti mümkün ola bilər. Belə olan halda burada təhlükəsizlik məsələsi gündəmə gəlir. Ona görə də, rus sülhməramlılarının “geri çəkilmə taktikası” düşünülmüş plan kimi görünür. Ona görə də, bir qədər də diqqətli olmalıyıq. Növbəti erməni-rus təxribatı ilə üzləşə bilərik”.

Hərbi ekspert hesab edib ki, sülhməramlıların rəhbərliyi ilə bir daha görüşüb ərazidəki faydalı qazıntı yataqlarına baş çəkib, monitorinq aparmaqla bu aksiyanı bitirmək olar: “Çünki indiki halda sülhməramlıların bu cür davranışları düşünülmüş, məkirli plan kimi açıq qarşıdurmanın baş verməsinə şərait kimi görünür”.

Üzeyir Cəfərova görə, Ruben Vardanyanın bədnam açıqlamaları ona verilən təlimatlara uyğundur: “Vardanyana əslində bu “cəsarəti” verən elə rus sülhməramlılarıdır. Amma unutmaq olmaz, Azərbaycanın Komando Qüvvələrinin bir həmləsi ilə Vardanyan yeşikdə, əli-qolu bağlı Bakıya, Azadlıq meydanına gətirilə bilər. Əslində bu kimi adamların sərsəm fikirlərinə reaksiya vermək lazım deyil. Əlində heç bir silahlı qüvvə olmadan bu cür danışmaqla özünü gündəmə gətirir. Amma onun özü də bilir ki, Azərbaycanın xırda həmləsi ilə onun qalıqları belə ələ gəlməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər