Sabah Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Teleqraf.com xəbər verir ki, görüş Rusiya XİN-nin Qəbullar Evində keçiriləcək.
Rusiya XİN-i bildirib ki, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılıb. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.