Dekabrın 26-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
***
Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.