“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir: “Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.