29 Dekabr 2022 12:30
3 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MDB-nin sammiti başa çatdı, qeyri-rəsmi olaraq üçtərəfli görüş də oldu. İlkin təəssüratım belədir ki, ayaqüstü olsa da, görüş nəticəsiz başa çatıb. Eləcə də görüşdə prosedur qaydalarına əməl edilməyib. Nəyi nəzərdə tuturam, deməli, danışıqlar başlayan kimi Nikol Paşinyan "ağlamağa" başlayıb və Laçın yolu haqqında fikirlərini dilə gətirib. Amma qəribədir ki, qarşı tərəfin fikirlərini eşitmək istəməyib, çünki bu ona sərf etmirdi. Bir sözlə, Nikol Paşinyan yenə də destruktiv mövqe və yanaşmaları ilə Ermənistan-Azərbaycan arasında müəyyən kompramistlərin əldə olunmasına imkan olduğu halda, belə şansı əldən qaçırıb”.

Bu sözləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Mütəxəssis qeyd edib ki, Nikol Paşinyanın sülhyaratma prosesinə ciddi əngəllər və maneələr yaratdığı göz önündədir.

Onun sözlərinə görə, Ermənistan faktiki olaraq bölgədə sülhün əldə edilməsinə qarşı çıxır və bunun baş tutmaması üçün əlindən gələni edir:

“Amma ortaya sual da çıxır. Ermənistanın bu addımları maraqlarına uyğundurmu? Mən hesab edirəm ki, uyğun deyil. İrəvan sadəcə olaraq xarici havadarlarının sifarişi ilə belə addımlara gedir”.

Professor danışıqların perspektivinə toxunarkən bildirib ki, əvvəl-axır danışıqlar baş tutmalı və müəyyən inkişaf yaşanmalıdır:

“Yaxın persperktivdə danışıqların olacağını gözləmək çətindir. Bu əngəllərin yaradılması Ermənistanın qəyyumlarının təşviqi ilə həyata keçirilir. Fransa, İran və digər dövlətlərin. Ona görə də bu məsələnin baş tutacağı mümkün görünmür. Amma bu, baş verməlidir, çünki başqa yolu yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər