Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, 2022-ci il sülh ili olmadı. Hətta ilin sonuna yaxın tərəflər arasında daha gərgin bir mühit yarandı. Sizcə, ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülhə dair pozitiv yanaşmalar olduğu halda nə baş verdi ki, bu proqnozlar reallaşmadı?
- Azərbaycanda da bir qrup bu ilin sonuna kimi Ermənistanla sülhün olacağından əminliklə danışmırdı. Bildirilirdi ki, ermənilər hər zaman öz mövqeyini dəyişən buqələmun bir millətdir. Onların psixologiyasında belə bir şey var. Çünki onlar nökərdir. Kim sifariş versə, onlar bunu icra edirlər. Eyni zamanda Cənubi Qafqaz hazırda ABŞ-la Rusiya arasında bölünməz bir əraziyə çevrilib. ABŞ Rusiyanı Ukraynada çıxmaza salıb. Rusiya da bunun əvəzində ABŞ-ı Cənubi Qafqazda sıxışdırmağa çalışır. ABŞ sadəcə olaraq Cənubi Qafqazda birbaşa oyun oynamır. Amerika öz işlərini burada Fransanın əli ilə etməyə çalışır. Rusiya isə İranın ilə ortalığı qarışdırır. Ona görə də, hazırda Azərbaycan dövlətinə qarşı 4 istiqamətdə təzyiqlər var. Bütün bu təzyiqlərə qarşı isə bizim yanımızda yeganə olan dövlət qardaş Türkiyədir. Eyni zamanda İsrail də bizim mövqeyimizi müdafiə edir. Pakistan da yanımızda yer almışdı. Sadəcə olaraq ABŞ orada İngiltərənin əli ilə dövlət çevrilişi etdi. Ona görə də, Pakistanın hazırda başı özünə qarışıb.
- Bəs sülhə ümid yaradan amillər nələr idi?
- Burada ABŞ Ermənistanın baş naziri Nikol Paşinyandan istədiyini ala bilmədi. Çünki Ermənistanda Rusiyanın “5-ci kolon”u çox güclüdür. Eyni zamanda son 30 ildə Rusiya İranın əli ilə Ermənistanı bir növ öz nəzarətində saxlayırdı. Beləliklə də Fransanın ortaya çıxması ilə artıq sülh müqaviləsinin imzalanması ehtimalları aşağı düşdü. Soçi, Moskva, Brüssel görüşlərindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidlər var idi.
- Sülhün qısa zamanda əldə edilməsinə kim əngəl törədir?
- Paşinyan o siyasətçilərdən deyil ki, onun mövqeyi olsun. Adam hər saatdan bir Bakı küləyi kimi dəyişir. Ona görə də vəziyyət indiki şəkil alıb. BMT 1948-ci ildən sülhməramlılıqla məşğuldur. İlk dəfə Ərəb-İsrail qarşıdurması üçün BMT buraya mavi bərəliləri göndərib. Daha sonra isə 1956-cı ildə mavi dəbilqəlilər Suveyş problemi ilə məşğul olmağa başlayıb. Hazırda Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş rus sülhməramlılarının da BMT ilə heç bir mandatı yoxdur. Bu da bölgə üçün problemdir. Buna ABŞ və Rusiya açıq problem yaradır. Ona görə də, sülhün qısa zamanda əldə olunacağına inam yoxdur.
- Sülhə qısa zamanda nail olmaq üçün Azərbaycanın seçdiyi yolu necə dəyərləndirirsiniz?
- Özlərini Azərbaycanın “dostu” adlandıranlar Qriqoryandan, Simonyandan fərqli danışmırlar. Təbii ki, bunun heç bir əhəmiyyəti yoxdur. Amma həmin adamlar bilməlidir ki, 34 il bundan öncə noyabrın 17-də Azərbaycanda bütün Milli Azadlıq hərəkatı məhz Topxana meşəsində kəsilən ağaclardan başalmışdı. Həmin ekoloji məsələni biz gündəmə gətirməklə 1988-ci ildə Azərbaycan xalqını dünyanın xalqı edə bilmişdik. İndinin özündə də Azərbaycan bir qədər başqa formada həmin ekoloji məsələdən istifadə edir. O vaxt bu aksiya 19 gün davam etmişdi. Amma bu aksiya artıq dekabrın 12-dən başlayaraq davam edir. Düşünürəm ki, aksiya gələn ilin yanvarın əvvəlinə qədər gedəcək.
- Sizcə, bu aksiyalarla ardıcıl olaraq məqsədlərə çatmaq mümkün olacaqmı?
- Azərbaycan üçün bu, maraqlı bir yanaşmadır. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, Azərbaycan humanitar aksiyadan istifadə etməklə özünün siyasi maraqlarına və məqsədlərinə nail olmaq istəyir. Artıq ilkin məqsədə nail olunub. Qarabağda faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olan şirkət öz fəliyyətini dayandırıb. Amma yenə də bu prosesə ikili standartlardan yanaşma var. Ermənilər Xocalıda bircə gün aeroportun yanında aksiya keçirdilər. Həmin gün sülhməramlıların komandanı Andrey Volkov onlarla görüşdü. Görünür, onun azərbaycanlı aksiyalçılarla görüşməməsinin səbəbi Moskvanın verdiyi təlimatla bağlıdır.
- Ruben Vardanyanın davranışlarına qarşı hansı adekvat tədbirlər görülə bilər?
- Bu adam Azərbaycan ərazisinə qeyri-qanuni olaraq daxil olub. Azərbaycan ərazisində isə 90 gündən artıq qeyri-qanuni olaraq kimsə qala bilməz. Ona görə də, Azərbaycan hüquq- mühafizə orqanları bu məsələni rus sülhməramlılarının qarşısında qaldırmalıdır. Eko-aksiyada olduğu kimi Azərbaycan sərhədini qeyri-qanuni olaraq keçdiyinə görə, Vardanyana qarşı cinayət işi açılmaldır. O, gəlib həmin ərazidən keçə bilməz. Ali Qanunverici orqan olan Milli Məclis ölkə sərhədlərinin kobud şəkildə pozulmasına görə məsələ qaldırmalıdır. Bunun ardınca Baş Prokurorluq cinayət işi açmalıdır. Eyni zamanda Dövlət Sərhəd Xidməti öz mövqeyini bildirməlidir. Bu prosesləri qabaqlamaq lazımdır.