23 Yanvar 2023 22:42
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruben Vardanyan siyasətçi, ümumiyyətlə biznesmen də deyil. O ömrü boyu Moskvada çirkli pulların yuyulması ilə məşğul olub. Yəni, R.Vardanyan bu məsələdə xüsusi “mütəxəsisdir”. O bu gün rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə “xüsusi tapşırıqla” göndərilib. Bu sadəcə olaraq erməni separatçılarına “ruh” vermək, güc göstərmək, Azərbaycana siyasi təzyiq üçün edilən uğursuz bir cəhd idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, R.Vardanyan qanunsuz olaraq Azərbaycan ərazisində olduğu müddətdə bu alınmadı: “Əslində alına da bilməzdi. Məqsədli sürətdə xaricdəki erməni diaspor təşkilatlarının ya təsirləri, ya da ki, başqa vasitələrlə R.Vardanyanı dünya mediasına çıxarmağa çalışdılar. Amma o verdiyi cavablarla özünü gülünc vəziyyətdə qoyub. İlk növbədə R.Vardanyan bu əraziyə nə səbəblə gəldiyinin, Azərbaycanın kiçik bir kiçik toplumun hansı halda xüsusi “hüquqlar” tələb etməsinin səbəbəni belə izah edə bilmir. Çünki bu səbəblər yoxdur”.

Deputat deyib ki, BBC-yə müsahibəsində V.Vardanyanın faktiki olaraq ifşa olunması onu müdafiə edənlər üçün tərs bir şillə oldu: “Jurnalist R.Vardanyandan və erməni separatçılarından qat-qat güclü siyasi biliklərə malik olduğunu ortaya qoydu. Təsadüfi deyil ki, R.Vardanyan hər müsahibəsində özünü daha da siyasi bataqlıqda batırır. Bununla da o daha çox ifşa olunur”.

Aydın Mirzəzadə vurğulayıb ki, ermənilər istəklərinə nail ola bilmirlər: “Laçın yolunun blokadada olduğunu bildirirlər. Digər tərəfdən isə hümanitar yüklü maşınlar orada sərbəst hərəkət edir. Sərbəst hərəkət edə bilməyənlər qeyri-qanuni olaraq Azərbaycan ərazisinə daxil olan Ermənistan hərbi texnikası və silahlarıdır. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən keçən ilin dekabrına qədər qanunsuz çıxarılan təbii sərvətlərimzidir. Bu bir daha göstərir ki, Azərbaycan öz ərazisində süveren hüquqlara malikdir. Ermənilərin heç bir siyasi oyunu Azərbaycanı öz hüquqlarından imtina etməyə imkan verməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı