24 Yanvar 2023 17:35
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəksitan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Görüşdə avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.


Müəllif: Teleqraf.com