26 Yanvar 21:47
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi “Twitter“də paylaşım edib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı və ətraf mühit, rəqəmsallaşma, müdafiə sahələrində mövcud vəziyyət və əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.


Müəllif: Teleqraf.com