27 Yanvar 2023 12:24
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş tviterdə yazıb.

O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millət, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də Azərbaycan xalqına başsağlığı verib: “Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunan hücumu lənətləyirik. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin. Yaralılara şəfa arzulayıram”.


Müəllif: Teleqraf.com