Oxşar xəbərlər
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanın Tehrandakı səfirliyi əməkdaşlarına qarşı terror hücumunu pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ombudsman tviter hesabında edilən paylaşımda bildirilib.
Paylaşımda qeyd olunub: “Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq dövlət orqanlarının günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq”.
We strongly condemn the #TerrorAttack at the Embassy of #Azerbaijan in #Tehran #Iran and believe the respective state authorities will do their best to bring the perpetrators to justice.
— Ombudsman of Azerbaijan (@az_ombudsman) January 27, 2023