27 Yanvar 2023 15:34
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon Tvitterdə yazıb.

“Azərbaycan xalqına, Xarici İşlər Nazirliyində çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm”, - paylaşımda qeyd edilib.


Müəllif: Teleqraf.com