27 Yanvar 2023 15:19
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomat feysbukda yazıb.

“Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşımız yaralanıb”, - səfir qeyd edib.

O, Orxan Əsgərovun ailə üzvlərinə və əzizlərinə öz adından və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib: “Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”.


Müəllif: Teleqraf.com