27 Yanvar 2023 18:40
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayxan Tehrandakı səfirliyimizə hücumla bağlı Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə təşkilatın instaqram hesabında paylaşım edib.

“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən və bir neçə insanın yaralanması və həlakı ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik. İKGF Azərbaycan xalqının yanındadır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirik”.

Qurum rəhbəri həmçinin sülhə, təhlükəsizliyə və diplomatik nümayəndəliklərə hörmətlərini ifadə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb


Müəllif: Teleqraf.com