27 Yanvar 2023 21:13
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Teleqraf.com xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - XİN-in məlumatında vurğulanıb.


Müəllif: Teleqraf.com