30 Yanvar 2023 18:11
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə deyib.

“Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir”, - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com