30 Yanvar 2023 19:38
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə bildirib.

Enerji sahəsində əməkdaşlığın ölkələrimiz arasında ən mühüm məsələlərdən biri olduğunu vurğulayan Macarıstan prezidenti deyib: “Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır”.

Prezident Katalin Novak qeyd edib ki, Macarıstan hazırda Rusiyanın neft və qazından asılıdır: “Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik”.


Müəllif: Teleqraf.com