30 Yanvar 2023 22:45
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda bildirib.

“Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com