31 Yanvar 2023 01:09
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan danışıqlara bütün dəvətləri rədd edir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən açıq dinləmələrdə deyib.

"2022-ci il dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan danışıqların növbəti raundu, o cümlədən Laçın yolu ətrafındakı vəziyyəti həll etmək üçün görüşməli olanda, məhz Ermənistan son anda əvvəlcədən xəbərdarlıq etmədən danışıqlarda iştirakdan imtina etdi", - deyə E.Məmmədov bildirib.

Xarici işlər nazirinin müavini qeyd edib ki, o vaxtdan bəri Ermənistan bu məsələni həll etmək üçün bütün təklifləri rədd edir.

E.Məmmədovun sözlərinə görə, təəssüflər olsun ki, İrəvan Laçın yolunda keçirilən etiraz aksiyasına istinad edərək və bu barədə məlumatları təhrif edərək Azərbaycanla sülh sazişi üzrə danışıqlara təsir göstərməyə çalışır.

"Bu aksiyanın heç bir interpretasiyası guya Azərbaycanın məqsədyönlü şəkildə Qarabağda yaşayan etnik ermənilərə zərər vermək istədiyi qənaətinə gəlməyə əsas verə bilməz", - deyə XİN rəhbərinin müavini bildirib.


Müəllif: Teleqraf.com