Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin çağırılması ilə bağlı müraciət etmişdi. Məhz bu müraciəti əsasında Beynəlxalq Məhkəmədə vacib məsələlərə baxılıb. Bu ilk növbədə ölkəmizin haqlı tərəf olduğunu göstərən mühüm amildir. Məhkəmədə müzakirələr, müşahidələr zamanı açıq şəkildə sübut edildi ki, erməni tərəfinin heç bir arqumenti qəbul edilməyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun fikrincə, Ermənistan tərəfindən iddia edilirdi ki, guya Qarabağda 120 min erməni “blokada” şəraitində yaşayır:
“Əslində ilk yalan məhz bu fakt idi. Çünki orada bu saydan qat-qat az erməni əsilli insan yaşayır. Prezident İlham Əliyev də ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirmişdi ki, Laçın yolu mülki və humanitar məqsədlər üçün açıqdır. Hətta bu yoldan indiyə qədər hər iki tərəfə hərəkət etmiş avtomobillərin sayı da açıqlandı. Sözsüz ki, ölkə başçısının bu arqumenti olduqca təsirli idi”.
Deputat bildirib ki, Azərbaycan tərəfi BƏM-də haqlı tələblərlə çıxış edib:
“Bu tələblər onunla bağlı idi ki, Laçın yolundan ermənilər indiyə kimi minaların və silah-sursatın daşınması üçün istifadə edib. Azərbaycan tərəfindən bu kimi qanunsuz daşımaların dayandırılması tələbi səsləndirilib. Bununla da Azərbaycan BƏM-də öz mövqelərini qoruyaraq bildirdi ki, Ermənistan tərəfi yenə də Laçın yolundan çirkin məqsədlər - separatizmi ayaqda saxlamaq, Azərbaycana qarşı təxribatlar hazırlamaq üçün istifadə etməyə çalışır”.
Elşad Mirbəşiroğlu deyib ki, Beynəlxalq Məhkəmədə həmçinin Ermənistan tərəfindən indiyə kimi Azərbaycan ərazilərinə basdırmış olduğu minaların dəqiq xəritəsinin verilmədiyi də diqqətə çatdırıldı:
“Kifayət qədər təsirli tribunadan bu faktların səsləndirilməsi vacib idi. Beynəlxalq Məhkəmədə açıq şəkildə tələb edildi ki, Ermənistan Azərbaycan ərazilərinə minaların daşınması dayandırsın və indiyə qədər basdırmış olduğu minaların xəritəsini təqdim etsin. Bu baxımdan Azərbaycan kifayət qədər mötəbər bir platformada öz hüquqlarını inamla qorumağı bacardı. Bu Avropa Parlamentinin son qəbul etmiş olduğu absurd qətnamənin də qərəzli olduğunu nümayiş etdirdi”.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.