2 Fevral 2023 14:37
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.

Teleqraf.com xəbərinə görə, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.


Müəllif: Teleqraf.com