Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Baş verən bu mənfur əməlin ən kəskin şəkildə pislənildiyi bildirilib.
Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı Qurana qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.