5 Fevral 2023 19:48
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə bildirib.

"Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - C. Bayramov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər