İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarına müraciət edib. O, sui-qəsd təhlükəsi ilə bağlı tədbir görməyi xahiş edib.
Baş nazir bunun demokratiya üçün real təhlükə olduğunu bildirib: "Mən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin bu dəhşətli fenomenə qarşı sərt davranacağını gözləyirəm. Hüquq-mühafizə orqanlarından təcili tədbirlər gözləyirəm”.