13 Fevral 2023 17:44
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş keçirilib.

Teleqraf.com Dövlət Dumasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş çərçivəsində iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu, Dövlət Duması ilə Milli Məclis arasında imzalanmış ilk sazişdir.

Bundan başqa, görüşdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması haqqında qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər