"Meksika hökuməti və Meksika dövləti erməni soyqırımını tanımır".
Meksikanın Azərbaycandakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu sözləri Meksika Senatının sədri Alexandro Armenta Mier Senatın növbəti sessiyası zamanı çıxış edərkən deyib.
O, Meksika hökumətinin və dövlətinin erməni soyqırımının mövcudluğunu tanımadığını bildirib və Meksika Senatının daima münaqişələrin danışıqlar və sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.