22 Fevral 2023 17:36
1 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

Bu gün erməniləri yenidən təxribatlara əl atmağa vadar edən, onları ruhlandıran Ermənistana 200 nəfərlik Avropa İttifaqının missiyasının gəlişidir. Məqsəd Azərbaycan Ordusunu mümkün qədər təxribatlara çəkməkdir. Erməni tərəfi əvvəlki dönəmlərdə bir-iki istiqamətdə atəşkəsi pozurdu. İndi isə Ermənistan bir gündə faktiki olaraq missiya gəldikdən sonra 5 istiqamətdə atəşkəsi pozub. Bu, sözsüz ki, həmin missiyaya hansısa absurd iddiaları hazırlamaq üçün əsas yaratmağa hesablanıb.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bu müddətdə nə Jozef Borrel, nə də Şarl Mişelin dilindən erməni silahlılarının Azərbaycan ərazilərində hələ də qalmaqda olan birləşmələrinin çıxması ilə bağlı heç bir ifadə eşidilməyib: “Çünki onlar erməni silahlılarının Azərbaycan ərazisində qalmasında maraqlıdır. Təxribatlar da məhz onların istəklərindən qaynaqlanır. Ona görə də, Azərbaycan tərəfi olaraq biz bu cür hallara qarşı öz yarımçıq qalmış işlərimizi yekunlaşdırmalıyıq”.

Hərbi ekspertə görə, Azərbaycan Qisas əməliyyatını öz ərazisində başa çatdırmaldır: “Son dəqiqləşmiş xəbər odur ki, hazırda Qarabağ ərazisində erməni tərəfinin 24 hərbi obyekti müəyyənləşib. 2020-ci ilin noyabrında bir nəfərinin belə o ərazilərdə qalmağa cürəti çatmayan ermənilər indi burada 24 döyüş postu qurub. Ona görə də, bunlara çox da göz yummaq olmaz. Sülhməramlıların bu prosesə qarşı adekvat reaksiyası yoxdur. Onların hələki başları pul qazanmağa qarışıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər