28 Fevral 2023 15:16
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

O, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun ölkəsinə getməsindən məmnunluğunu bildirib: “Xoş gəlmisiniz, cənab səfir!”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər