Tanınmış teleaparıcı Kamran Həsənli siyasi partiyada fəaliyyətini davam etdirmək qərarını verib.
Teleqraf.com xəbər verir ki, K.Həsənli Azərbaycan Yüksəliş Partiyası Başqanına müavin təyin edilib.
Bununla bağlı AY Partiya Başqanı Anar Əsədli sərəncam imzalayıb.
Kamran Həsənli Azərbaycan Yüksəliş Partiyasının Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini olacaq.