14 Mart 2023 13:51
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır".

Teleqraf.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

"Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır", - müraciətdə vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər