25 Mart 2023 17:40
5 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazanın savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir. İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər buyurub: "Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, dinşunas alim Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb:

“Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur. Allah hər zaman dövlətimizi güclü və möhkəm etsin”.

Deputatın fikrincə, odur ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutaq, onları iftar süfrələri təşkil edərək sevindirək:

“Bunu edə bilmiriksə ən azından gücümüz çatan qədər ərzaq yardımı edək. Allah bütün dua və orucları qəbul etsin!”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər