25 Mart 2023 23:42
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri , millət vəkili Razi Nurullayev özünün Facebook səhifəsində Ağ Şəhər bulvarında müsahibə vermək istəyirkən çətinliklə üzləşib. Bu barədə partiya sədri paylaşım edib.

Teleqraf.com həmin paylaşımı olduğu kimi təqdim edir:

"Bu gün Ağ şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, bulvara gəl. Müsahibə zamanı bulvar işçiləri gəlib dayandırdı. Özümü təqdim elədim, tanıdıqlarını, hörmət etdiklərini dedilər. Bulvar idarəsi rəhbərliyinə zəng etdilər, 10-15 dəqiqə gözlədim.

Müsahibəni çəkilib bu bərbad görkəmli yerdə verməli oldum.

Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.

Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım".

R.Nurullayev Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözlədiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər