27 Mart 2023 17:19
2 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı sülhə məcbur etmək üçün yenidən hərbi əməliyyatların başlamasına ehtiyac var. Ermənistan növbəti dəfə kapitulyasiyaya məcbur olmalıdır. Digər variantlarla ermənilər sülh müstəvisində addım atmayacaq. Fakt odur ki, bəlli bir vaxt keçib. Amma erməni tərəfi heç bir hüquqa, konstitusiyaya uyğun davranış sərgiləmir.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, indiki halda belə Ermənistanı qızışdıran Rusiya tərəfidir:

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra Qarabağ ətrafında vəziyyətin gərginləşəcəyi ilə bağlı da proqnozlar var idi. Çünki Rusiya heç bir vəchlə Azərbaycanla Ermənistanın sülh məsələsində bir araya gəlməsini istəmir. Bu ölkənin Qafqaz siyasəti məhz bu bölgədə olan münaqişələr üzərində qurulub. Bu münaqişələrin olmayacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda olması mümkün deyil”.

Partiya sədrinə görə, indiki halda tərəflər nəinki sülhə, müharibəyə daha yaxındır:

“Çünki Rusiyanın istəyi budur. Qafqazda Rusiyanın mövcudluğu bu bölgədə olan xalqlar arasında münaqişədən asılıdır. Xankəndidə baş verən hadisələr də bilavasitə rusların təhriki ilə olur. Ermənilər müstəqil şəkildə cəsarət edib bizə qarşı bu cür addımlar ata bilməz”.

Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan indiki halda ABŞ-ı, Avropanı Cənubi Qafqaza cəlb edib buradakı məlumatları dolğun şəkildə çatdırmalıdır:

“Bununla da Rusiyanın bölgədəki oyunları ifşa edilməlidir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə beynəlxalq hüquqa uyğun olaraq suverenliyimizlə bağlı məsələləri həll etməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər