31 Mart 2023 19:36
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər