Fransadan ölkəmizə qarşı qarayaxma, düşmənçilik kampaniyası həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib.
O qeyd edib ki, Fransa bu gün özünün nifrət siyasətini açıq şəkildə büruzə verir:
“Bu gün nadancasına üzümüzə dururlar. Əslində bir dövlətin haqqına girmək əxlaqsızlığın ən bariz nümunəsidir”.
Deputat Soltan Məmmədov isə deyib ki, ölkəmiz öz sərhədlərini qoruyacaq və heç kəsi bunu pozmağa imkan verməyəcək:
"Ona görə də Fransa Azərbaycanla bağlı qeyri-obyektiv siyasi yanaşmalarına nəhayət son qoymalıdır".
Deputat Kamran Bayramov Fransanın qərəzli siyasətini davam etdirdiyini vurğulayıb:
"Fransa Prezidenti Emmanuel Makron və onun komandası danışıqlardan birdəflik uzaqlaşdırılıb. Fransa regionda macəra axtarmamalıdır. Əks halda bu ölkə ilə münasibətlər diplomatik müstəviyə endirilməlidir”.