5 Aprel 2023 11:47
3 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Şuşanın artıq Ordumuzun tam nəzarətinə keçən Allahqulular və Zamanpəyəsi kəndləri coğrafi baxımdan bir-birinə yaxındır. Ermənilərin son dövürlər istifadə etdiyi gizli kənd yolları, cığırlar bu kəndlərin yaxınlığından keçirdi. Dağlarda yerləşən nisbətən kiçik kəndlər olmasına baxmayaraq buradan bir çox yollara nəzarət etmək olurdu. Artıq Azərbaycan Ordusu o kəndləri və onun yaxınlığından keçən yolları da nəzarətə götürüb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, artıq tədricən Xankəndidəki separatçılar üçün halqa daralır:

“Xankəndi ətrafına artıq yaxınlaşmışıq. Bu hər tərəfdən olan bir prosesdir. Ərazimizdə hələ də mövcudluğunu saxlayan separatçıların Ermənistanla gizlin yolları tam bloklanıb. Bu istiqamətdə digər vacib işlər də görülür. Əsas odur ki, Ordumuz bunları heç bir itki olmadan icra edir”.

Deputat hesab edir ki, separatçıların təminatı tükəndikdən sonra onların başqa seçimi olmayacaq:

“Çünki Ordumuz bölgədə mövcud olan bütün strateji yollara nəzarət edir. Bundan sonra proses davam edəcək. Təbii ki, bu proses Azərbaycan ərazisindən sonuncu separatçı çıxana qədər davam gedəcək. Ya onların özləri çıxıb getməlidir, ya da Silahlı Qüvvələrimiz bu işi icra edəcək”.

Elman Məmmədov Qarabağda yaşayan erməni icmasının Azərbaycana inteqrasiyadan başqa çıxış yollarının qalmadığını söyləyib:

“Əslində onlar üçün ən doğru seçim də məhz budur. Çünki 1988-ci ilə qədər onlar Azərbaycan vətəndaşı olaraq yaşayıblar. Bundan sonra onlar ölkə qanunlarına tabe olaraq digər vətəndaşlarımız kimi normal yaşaya biləcərlər. Bunun əskinə olan bütün yanaşmalar artıq keçərli deyil və onların bu halda ölkə hüdudlarını tərk etməkdən başqa yolları qalmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər