7 Aprel 2023 11:11
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranı bu cür davranışlarına son qoymağa çağrırıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, İranın Azərbaycanın İsraildə səfirlik açmasına qarşı ortaya qoymuş olduğu mövqe qəbul edilən deyil:

“30 il Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olanda İran səsini çıxarmadı. Amma bu gün Azərbaycanın öz torpaqlarını azad etməsi İranı nədənsə ciddi narahat edir. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq.

Bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmir. Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistan və Azərbaycan arasında sülh yaradılması səylərini pozmağa çalışır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər