7 Aprel 2023 11:28
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.

Teleqraf.com xəbər verir ki, Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub.Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər