Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşlarının ailə üzvləri aprelin 7-də Azərbaycanı tərk edib.
Teleqraf.com "Report"a istinadla verir ki, Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.