14 Aprel 2023 09:14
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Türkiyə ilə Azərbaycanın işbirliyini özü üçün təhdid sayır. Bunun da bir sıra səbəbləri mövcuddur. Bunlardan biri etnik məsələlərlə bağlıdır. Eləcə də sosioloji, geopolitik cəhətdən Tehranın narahatlıqları var.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Onun sözlərinə görə, İran hesab edir ki, Azərbaycan və Türkiyənin birgə güclənməsi onun parçalanmasına gətirib çıxara bilər: “1828-ci il Türkmənçay sülh müqaviləsi ilə Rusiya ilə İran arasında parçalanan Azərbaycanın yenidən birləşəcəyi və daha da güclənəcəyindən ehtiyat edir. Heç bir ölkə ətrafında güclü, iddiası olan, aktiv dövlət görmək istəməz”.

İran ordusunun raket sistemləri və PUA-larının imkanlarına gəlincə, Abdullah Ağarın fikrincə, bu ölkənin yeni nəsil PUA-ları son dərəcə təhlükədir: "Rusların əlindəki İran mənşəli “Şahid-136” PUA-sının Ukraynada nələr etdiyini gördük. Ağıllı dövlətlər rəqabətdə olduğu bir ölkənin əlindəki silah sistemlərini və onları işlətmək potensialını nəzərə alır və texniki baxımdan öz imkanlarını gücləndirir. Türkiyə və Azərbaycan bu məsələyə diqqətlə yanaşır. Əsas məqsədimiz sülhü və sabitliyi qorumaq, ölkələri sülhə, ədalətə yönəltməkdir. Əgər müharibə ehtimalı olarsa, o zaman hər kəs ətəyindəki daşı yerə tökəcək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər