Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Niderlanda səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Tvitterdə bildirib.
Səfər çərçivəsində Nümayəndələr palatasında təmsil olunan Hakim Azadlıq və Demokratiya naminə Xalq Partiyası, Demokratlar 66 Partiyası, Volt Partiyası, DENK Partiyası və Niderland Marağı Naminə Partiyasının (Van Haqa qrupu) nümayəndələri ilə görüşlər keçirilib.
Elçin Əmirbəyov həmçinin Senatda təmsil olunan "Ja21" partiyasının senatoru ilə görüşüb.
Görüşlərdə regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub