Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması ilə bağlı beynəlxalq qurumları təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib.
"Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq", - açıqlamada vurğulanıb.