17 Aprel 2023 17:41
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər