18 Aprel 2023 17:12
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər